AZ

Rusiya KİV-i Azərbaycan klubunun qazancını hesabladı

"Şamaxı"nın Belajdi Pusinin "Fakel"ə keçidindən qazandığı məbləğ bəlli olub.

Sportinfo.az xəbər verir ki, Azərbaycan klubu bu transferdən 100 min dollar gəlir əldə edib.

Bu barədə Rusiya mətbuatında məlumat yer alıb. Albaniyal ıhücumçu artıq "Fakel"lə müqavilə bağlayıb.

Pusi 2024/2025 mövsümündə “Şamaxı”nın heyətində 21 oyunda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Ötən ilin yayında «Turan Tovuz»dan dəvət olunan forvardın kontraktı 4 ay sonra bitəcəkdi. Azərbaycandan getmək üçün özü də «Şamaxı»lı rəsmilərə və məşqçilərə xeyli dil töküb.

Maraq üçün deyək ki, onun buradakı aylıq məvacibi 5000 dollar idi.

«Mənim bir də bu qədər pul qazanmaq şansım olmayacaq» deyib çıxıb gedən Pusinin «Fakel»lə 1+2 illik müqavilə imzaladığını bildirək.

Yerli premyerliqada mübarizə aparan Voronej təmsilçisi 1998-ci il təvəllüdlü forvarda az məvacib ödəməyəcək. bPusibu bu ölkədə hər ay 15 min dollar qazanacaq.

«Fakel» hazırda çətin vəziyyətdədir. Çempionatda işləri qətiyyən yaxşı getmir.

Geridə qalan 18 turda cəmi 2 qələbə qazanan komanda 14 xal toplayıb və turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Aktivində 11 qol olan voronejlilərin passivində 8 heç-heçə və 8 məğlubiyyət var.

Seçilən
9
1
sportinfo.az

2Mənbələr