Prezidentin izi ilə layihəsi çərçivəsində təşkil olunmuş media tur iştirakçıları Ballıca kəndində olub.
Aznews.az xəbər verir ki, jurnalistlər illər sonra doğma yurdlarında məskunlaşan sakinlərə yaradılmış şəraitlə də tanış olublar.
Sonra Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı Ballıca kəndi ilə bağlı ətraflı məlumat verib:
"İşğaldan azad olunmuş ərazilərə köç prosesi davam edir. Eyni zamanda, bərpa-yenidənqurma və quruculuq işləri də həyata keçirilir", - A.Telmanqızı deyib.