AZ

ABŞ-da qripdən ölənlərin sayı COVID-19-dan çox olub

ABŞ -da bu qış mövsümi qripdən ölənlərin sayı son beş ildə ilk dəfə olaraq COVID-19 virusundan ölənlərin sayını ötüb. 

Demokrat.az xəbər verir ki, bu barədə ABŞ Səhiyyə Departamentinin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri məlumat verib. 

KİV-in məlumatına görə, bu mövsümdə ən çox yayılan ştammlar H1N1 və H3N2-dir. Sonuncular isə daha ciddi xəstəliklərə səbəb olur.

COVID-19 2020-ci ildə ABŞ-da geniş yayılmağa başlayandan bəri qripdən təxminən 42 dəfə çox insanı öldürüb.


Əfsanə Kamal
Demokrat.az
Seçilən
7
demokrat.az

1Mənbələr