AZ

Avtobus zolağını zəbt edən sürücü çətin vəziyyət yaratdı- DYP CƏRİMƏLƏDİ - FOTO

Paytaxtın Füzuli küçəsində, “Kapital Bank”ın qarşısında avtobuslar bu sürücünün ucbatından əziyyətli manevrlər etmək məcburiyyətində qalıb.

Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.

Belə ki, 19 fevral tarixində 90-OL-111 dövlət nömrə nişanlı avtomobilin sürücüsü avtobus üçün nəzərdə tutulmuş zolağın üzərində maşını park edərək gedib.

Bu zaman sağa dönmək istəyən avtobus sürücüləri məcbur olaraq ikinci zolaqla hərəkət ediblər. Nəticədə isə digər yol hərəkəti iştirakçılarına problem yaranıb.

Görünən odur ki, bu sürücünü olunacağı cərimə o qədər də maraqlandırmır. Lakin hər şeydən əvvəl digərlərini nəzərə almaq mədəniyyəti olmalıdır.

Öz rahatlığını təmin etmək üçün digərlərinin hərəkətinə məhdudiyyət yaratmaq inzibati məsuliyyət yaratmaqla yanaşı həm də bir mənəvi məsələdir.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən AzPost-a bildirilib ki, sürücü barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb. 

Ümid edirik ki, sürücü bu ictimai qınaqdan sonra eyni əməlləri təkrar etməyəcək.

Fotoları təqdim edirik:

 

Seçilən
5
1
avtosfer.az

2Mənbələr