Son Azərbaycan çempionu "Qarabağ" təcrübəli qolkiperi Şahruddin Məhəmmədəliyev ilə müqavilə müddətini uzadıb.
Demokratikmusavat.comxəbər verir ki, tərəflər arasında iki illik müqavilə imzalanıb.
Qeyd edək ki, Şahruddin "köhlən atlar"la yeddi dəfə Azərbaycan çempionu olub, üç dəfə ölkə kubokunu qazanıb. O, Azərbaycan millisində 29 oyun keçirib.