AZ

Bakı metropolitenində tikiləcək 10 metro stansiyası ilə bağlı işlərə başlandı VİDEO

"Bakı Metropoliteninin depolarında xüsusi qərargahlar yaradılıb".

Xezerxeber.az-ın xəbərinə görə, bunu qurumun Kommunikasiya departamentinin rəisi Şaban İmkani deyib. Onun sözlərinə görə, metropolten gözlənilən havalara tam hazırdır.

Şaban İmkani bildirib ki, 2030-cu ilə qədər həm 10 metro stansiyası tikilməli, həm Yaşıl və Qırmızı xətlər ayrılmalı, həm də vaqon parkı yenilənməlidir. Xətlərin ayrılması layihəsinə də bu il başlanılacaq. Bundan başqa o, metopolitendə maşinist vəzifəsinə qəbul prosesinə də toxunub.

İmkani onu da bildirib ki, Memar Əcəmi stansiyasının keçidində təmirə start verilib. Stansiyanın Cavadxan küçəsi istiqamətində olan keçidində istismar müddətini başa vurmuş divar və döşəmə üzlüklərinin dəyişdirilməsi işlərinə başlanılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
31
3
xezerxeber.az

4Mənbələr