AZ

Tarqovudakı “KFC” restoranı bağlanır

Fəvvarələr Meydanındakı KFC restoranı müvəqqəti olaraq bağlanır.


Pravda.az banker.az-a istinadən xəbər verir ki, bu barədə restoranın yaydığı açıqlamada bildirilir.


Qeyd edək ki, Kentucky Fried Chicken və ya qısaca "KFC" kimi tanınan restoran şəbəkəsi ABŞ-ın Kentukki ştatının Luisvill şəhərində yerləşən bir fast-food restoranlar şəbəkəsidir. KFC, dünyanın ən böyük ikinci restoran şəbəkəsidir. Dünyanın 130-dan çox ölkə və regionunda təxminən 21.000 restoranı fəaliyyət göstərir.

Tarix: 20 Fevral 2025, 21:35   
Seçilən
18
11
pravda.az

10Mənbələr