AZ

Bakının bəzi yollarında sürət həddi endirildi

Mövcud hava şəraiti ilə əlaqədar paytaxtın bəzi yollarında sürət həddi endirilib.

Referans.az xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb.

Xəbərdə deyilir ki, Zığ dairəsi- Hava limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti, əsas yolda 10 km/saat, Mərdəkan şosesi və Buzovna-Zağulba yolunda isə 20 km/saat endirilib.

Bununla yanaşı, bütün tablolarda “ buzlu yol” işarəsi qoyulub.

Sürücülərdən yolda müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
Seçilən
2
35
referans.az

10Mənbələr