AZ

Bakıda yollara duz səpilir

Bakıda xüsusi təyinatlı texnika tərəfindən maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpilir.

Yenisabah.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata görə, axşam saatlarından etibarən kommunal strukturlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Bununla əlaqədar müxtəlif ərazilərdə texniki duz toplanan məntəqələr yaradılıb.

Ümumilikdə bu işlərə 100-ə yaxın xüsusi texnika və 2000-ə yaxın işçi qüvvəsi cəlb edilib.


Telegram kanalımız
Seçilən
30
13
yenisabah.az

10Mənbələr