AZ

Bakıya yağan qar çətinliklər yaratdı, yollar buz bağladı - YENİLƏNİB/VİDEO

Bakıda yağan qar səbəbindən Hövsan yolu buz bağlayıb, maşınların hərəkətində çətinlik yaranıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, yolda heç bir texnika yolda işləmir, magistralın işıqları söndürülüb. Bu da qəza şəraiti yaradır.


***21:38

Xəbər verdiyimiz kimi, hazırda Bakıya və bir sıra rayonlara qar yağmaqda davam edir.

Bizim.Media xəbər verir ki, yağan qar artıq nəqliyyatın hərəkətində çətinliklər yaradıb, güclü külək isə vəziyyəti çətinləşdirib.

Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, hazırda Yeni Yasamala yağan qar nəticəsində bəzi yollar buz bağlayıb.

Qeyri-sabit hava şəraiti sabah da davam edəcək.

 
Bizim.Media

Seçilən
81
7
bizim.media

10Mənbələr