AZ

Bunun üçün müharibəyə ehtiyac vardı?

Demək, Rusiyanın Ukraynaya hücumuna bəraət qazandırmaq istəyənlər daim Kreml təbliğatına istinadən iddia edirlər ki, Rusiya müharibəni ona görə başladı ki, Ukrayna NATO-ya üzv olacaqdı. Primitiv ağ yalandır.

Müharibənin ən dəqiq səbəbini vaxtilə Kreml mətbəxinə yaxından bələd olan qiyamçı Yevgeni Priqojin demişdi: "Oliqarxlar Putini inandıra bilmişdilər ki, Ukraynanı işğal edib təbii sərvətlərini bölüşdürmək olar".

Söhbət NATO üzvlüyü idisə o zaman Putin qulağının dibində olan Finlandiyaya niyə etiraz belə etmədi? Bundan başqa, NATO-ya üzvlük uzun və çox mərhələləri olan bir prosesdir ki, o, uzun illər tələb edir.

NATO müqaviləsinə əsasən ərazisində hərbi münaqişə olan ölkə bu alyansa qəbul edilə bilməz! Ukrayna ərazisində isə Rusiya hücum edəndə artıq Krım və Donbass ərazisində münaqişə vardı.

Nəhayət, NATO-ya üzvlük konsensus əsasında həyata keçirilir. Bir tək Putinin agenti Viktor Orban etiraz etsəydi Ukrayna qəbul oluna bilməzdi. Bunun üçün müharibəyə ehtiyac vardı?

Ərəstun Oruclu, Təhlükəsizlik məsələləri üzrə ekspert, politoloq 

Demokratikmusavat.com 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
58
28
Demokratikmusavat.com

10Mənbələr