İŞİD terror qruplaşması alman dilində yeni veb-sayt yaradıb.
"Ölkə.az" xəbər verir ki, İŞİD sözügedən saytda Almaniya, Avstriya və Belçikanın bir neçə şəhərində terror aktları törətməyə çağırış edib.
Potensial hədəflər arasında Berlin, Münhen, Frankfurt-Mayn, Vyana, Brüssel, Antverpen, Zalsburq göstərilir.
Almaniya, Avstriya və Belçikanın təhlükəsizlik orqanları qruplaşmanın təbliğatçılıq materiallarını ciddi qəbul edirlər. Belə ki, İŞİD-in çağırışları hal-hazırda radikallar arasında çox sürətlə yayılır.(oxu.az)