AZ

Kaliforniya yanğınları sığorta şirkətinə 200 milyon dollara başa gələcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İsveçrənin "Zurich Insurance Group" sığorta şirkəti ABŞ-nin Kaliforniya ştatında baş verən meşə yanğınlarından zərərçəkənlərə 200 milyon dollar ödəməli olacaq.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə şirkətin hesabatında məlumat verilib.
Bildirilir ki, pulun böyük hissəsi fermer təsərrüfatlarına və digər sahələrdəki sahibkarlara ödəniləcək.
"Zurich Insurance"ın iştirak etdiyi fermer sığorta birjası isə kənd təsərrüfatına dəyən zərəri 600 milyon dollar qiymətləndirir.
Bundan əvvəl digər sığorta şirkətləri də yanğınlar səbəbindən itkilərini açıqlamışdı: "Travelers" (1.7 milyard dollar), "Chubb" (1.5 milyard dollar), "Allstate" (1.1 milyard dollar) və "American International Group" (500 milyon dollar).
Meşə yanğınları Los-Anceles dairəsində yanvarın 7-də başlayıb. Meteoroloqlar bildirir ki, yanğınların tez yayılmasının səbəbi quru və güclü küləkli hava olub. Yanğınlar 16 min hektardan çox ərazini əhatə edib. Hadisə nəticəsində 29 nəfər ölüb, 12.3 mindən çox bina, o cümlədən Hunter Bayen, Paris Hilton və Mel Gibsonun evləri yanıb.
Seçilən
18
13
oxu.az

10Mənbələr