AZ

Çin Türkiyə ilə terrorla mübarizədə əməkdaşlığı gücləndirməyə hazırdır

Bakı. Trend:

Çin Xarici İşlər Naziri Vanq Yi, Türkiyə Xarici İşlər NaziriHakan Fidan ilə Yohannesburqda keçirdiyi görüşdə iki ölkəninterrorla mübarizə sahəsində birgə səylərinin beynəlxalqictimaiyyətin dəstəyini qazandığını bildirib.

Trend xəbər verirki, danışıqlar Yohannesburqda keçirilən G20 xarici işlərnazirlərinin görüşü çərçivəsində aparılıb.

Vanq Yi, Çin tərəfinin Türkiyə ilə antiterror əməkdaşlığını dahada gücləndirməyə və həm regionda, həm də dünya səviyyəsində sülh vəəmin-amanlığın qorunması üçün birgə fəaliyyət göstərməyə hazırolduğunu vurğulayıb.

Çinli nazir qeyd edib ki, terrorizmə qarşı mübarizə, hər ikiölkənin ümumi maraqları ilə uyğunlaşır və beynəlxalq cəmiyyətdəndəstək alır. O, həmçinin Çin vətəndaşlarının Suriyadakı təxliyyəsiüçün Türkiyəyə təşəkkürünü ifadə edib.

Vanq Yi, Çin-Türkiyə münasibətlərinin böyük önəm daşıdığını vəbu münasibətləri daha da inkişaf etdirmək üçün səylərin davametdiriləcəyini əlavə edib.

Seçilən
22
az.trend.az

1Mənbələr