AZ

Rusiya səfiri İrəvanda avtomobil qəzasına düşdü

Fevralın 20-də Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin xidməti avtomobili İrəvanda qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, bu barədə fotojurnalist Qaqik Şamşyan hadisə yerindən məlumat yayıb.

O bildirib ki, səfirin rəsmi “Toyota” markalı avtomobili Sarı-Tağın 70 saylı məktəbin yaxınlığında yerləşən 20 nömrəli küçədə qəzaya düşüb.

Qəza nəticəsində sürücü və sərnişin xəstəxanaya yerləşdirilib.

Qəzaya səbəb yolun buz bağlaması olub.

G. Şamsyanın sözlərinə görə, səfir maşının arxasında olub.

Seçilən
24
publika.az

1Mənbələr