Müraciətdə uşaq və yeniyetmələrə ünvanlanmış filmlərin sayının yox dərəcəsində olması, son 30 ildə bu istiqamətdə dövlət dəstəyilə cəmi beş tammetrajlı bədii filmin çəkildiyi, uşaq və yeniyetmələrin Azərbaycan kinosunun Qızıl fonduna daxil olan filmlərlə tanışlığının aşağı səviyyədə olduğu qeyd edilib.
Bildirilib ki, bunun nəticəsində yeni nəslin, yad dəyərlərin daşıyıcısı olan, xarici dillərdə çəkilmiş filmlərdən asılılığı artır, milli ruha yad, ana dilini, tarixini kamil bilməyən nəsil formalaşması təhlükəsi yaranır. Sosial şəbəkələrin neqativ rolu bu prosesi daha da gücləndirir.
Bu tendensiyanın qarşısının alınması üçün uşaq və yeniyetmələrə ünvanlanmış, onları ədəbiyyatı, tarixi və qəhrəmanları ilə tanış edən filmlərin çəkilməsi, onların uşaq və məktəblilər arasında təbliğ edilməsi tələb olunur. Bu məsələdə dövlətimizin təhsil və kino siyasətini həyata keçirən aidiyyəti qurumların birgə işinin təşkil edilməsi məqsədilə, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti “Uşaq kinosunun inkişafı” Dövlət Proqramının qəbul edilməsini vacib sayır.
AKİ sədri Dövlət Proqramının qəbul edilməsini vacib edən arqumentləri sadalayaraq, uşaq və yeniyetmələrə ünvanlanmış filmləri çəkən studiyanın yaradılmasını, animasiya filmlərinin istehsalının dəstəklənməsini təklif edib.
Maraqlıdır, bu məsələ reallaşarsa, Azərbaycanda animasiya filmlərini ərsəyə gətirəcək yetərli qədər kadrlar varmı?
Xalq artisti Rasim Balayev Bizim.Media-ya bildirib ki, onun müraciətinə müsbət cavab verilsə və maliyyə ayrılsa, belə filmləri çəkəcək mütəxəssislər az da olsa, var:
“Düzdür, müraciətimə hələlik cavab verilməyib. Təkliflərimiz qəbul edilərsə, kadrlar tapa bilərik. Çünki hər il Rəssamlıq Akademiyasını qurtaran gənclərdən bəziləri gəlib bizdə iki il rejissorluq kurslarında oxuyurlar. Kino İttifaqının nəzdində ali rejissorluq kursları var. Hər dəfə oranı iki-üç nəfər bitirir. Biz bir neçə nəfərə belə diplom vermişik. Ümidimiz var ki, onlar çəkə bilərlər”.
Xalq artisti qeyd edib ki, təbii ki, bu iş üçün həmin kadrlar yetərli deyil:
10Mənbələr
-
demokrat.azRasim Balayev cizgi filmlərini ərsəyə gətirəcək kadr AXTARIR ( 15610361)
-
bizim.mediaRasim Balayev cizgi filmlərini ərsəyə gətirəcək kadr AXTARIR ( 15610167)
-
hurriyyet.azXalq artisti Baş nazirə müraciət etdi: "Ciddi təhlükə yaranıb" ( 15511303)
-
yenilik.azRasim Balayev Baş nazirə müraciət etdi ( 15505449)
-
seherxeber.orgRasim Balayevdən Baş nazirə müraciət ( 15495821)
-
Demokratikmusavat.comRasim Balayevdən Baş nazirə müraciət ( 15495787)
-
milli.azXalq artisti Baş nazirə müraciət etdi: "Ciddi təhlükə yaranıb" ( 15495751)
-
Ajans.azRasim Balayevdən Baş nazirə müraciət ( 15495707)
-
azadmedia.azRasim Balayev Baş nazirə müraciət etdi » AzadMedia.az ( 15495543)
-
bakivaxti.azRasim Balayev uşaq kinosu ilə bağlı Baş nazirə müraciət ünvanlayıb ( 15495347)