Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 24-cü turuna start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
Turun açılış matçında “Neftçi” “Sumqayıt”ı qəbul edəcək. “Neftçi Arena”da keçiriləcək oyunu Tural Qurbanov idarə edəcək.
Son 7 çempionat oyununda qələbəyə həsrət olan “Sumqayıt” axırıncı iki matçında da məğlubiyyətə üzülüb. Bu üzdən Vaqif Cavadovun kollektivi bu görüşdə uğursuz gedişata son qoymağa çalışacaq. Amma ötən tur “Qarabağ”a uduzmuş Samir Abasovun kollektivinə də qələbə hava-su kimi lazımdır. Hazırda bu komandaların turnir cədvəlində qonşu olması da oyuna marağı artıran məqamlardandır. “Neftçi” 24 xalla 6-cı, “Sumqayıt” isə 22 xalla 7-ci sırada qərarlaşıb.
Sözügedən komandalar yubiley – 50-ci görüşlərinə çıxacaqlar. Əvvəlki 49 oyunda “Neftçi” 23, “Sumqayıt” 15 qələbə qazanıb, 11 qarşılaşma da sülhlə bitib. “Neftçi” son 6 ev qarşılaşmasında qol vurub. “Sumqayıt” son 5 matçda qol vurub və uduzmayıb.
Premyer Liqa
24-cü tur
21 fevral
“Neftçi” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Əli Əliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. “Neftçi Arena”, 19:00.
22 fevral
“Araz-Naxçıvan” – “Səbail”
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Rəhman İmami, Elvin Bayramov.
VAR: Nicat İsmayıllı.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı. “Dalğa Arena”, 16:00.
“Qarabağ” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov.
VAR: Rəşad Əhmədov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.
23 fevral
“Şamaxı” – “Turan Tovuz”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Kamran Əliyev.
VAR: Rauf Allahverdiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı şəhər stadionu, 14:30.
“Zirə” – “Kəpəz”
Hakimlər: Rauf Cabbarov, Rahil Ramazanov, Teymur Teymurov, Elçin Məsiyev.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Zirə İdman Kompleksinin stadionu, 17:00