AZ

Tramp administrasiyası Ukraynaya faydalı qazıntılar üzrə yeni saziş təqdim edib - KİV

Tramp administrasiyası Ukraynaya faydalı qazıntılar üzrə yeni saziş təqdim edib - KİV

Kiyev birinci sazişi imzalamaqdan imtina etdikdən sonra Donald Trampın administrasiyası Ukraynaya faydalı qazıntılar haqqında sazişin təkmilləşdirilmiş variantını təqdim edib.AFN.az xəbər verir ki, bu barədə “Axios” Ukrayna və Amerika rəsmilərinə və digər mənbələrə istinadən xəbər verib.Mənbələr bu variantın imzalanma ehtimalının daha yüksək olduğunu iddia edirlər.Nəşr bildirir ki, Vladimir Zelenskinin bir neçə köməkçisi artıq onu Trampla münasibətlərin daha da pisləşməsinin qarşısını almaq üçün yenilənmiş təklifi imzalamağa çağırıb."Son layihə əhəmiyyətlidir və Ukrayna qanunlarına uyğundur", - deyə ukraynalı mənbə bildirib.

Seçilən
13
2
afn.az

8Mənbələr