Bakı. Trend:
Xaçmaz rayonunun Mollabürhanlı kəndində ümumi sahəsi 14 m² olanköməkçi tikilinin yanar konstruksiyaları yanıb.
Trend xəbərverir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
"Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Yanğınyanğından mühafizə bölmələri tərəfindən söndürülüb"- deyə məlumatdaqeyd edilib.