AZ

Avtomobil kanala düşdü - 2 nəfər boğularaq öldü

Dünən saat 17 radələrində Kürdəmir rayonu Şilyan kəndi ərazisində ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Xırdapay kənd sakini 1967-ci il təvəllüdlü Hacıyev Elşən Hacıbaba oğlunun idarə etdiyi “Mitsubishi L200” markalı avtomobil sürüşərək əkin sahəsinin içərisində olan su kanalına aşıb.

Nəticədə Elşən Hacıyev və avtomobildə olan sərnişin 1977-ci il təvəllüdlü Cabir Əhmədov kanalda boğularaq ölüb.

Faktla bağlı Kürdəmir RPŞ-də CM-nin 263.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Seçilən
6
7
qafqazinfo.az

8Mənbələr