Astara rayonunun Kijəbə ərazi vahidliyinə daxil olan ucqar dağ kəndində yerləşən yaşayış evində gecə saatlarında yanğın baş verib.
APA-nın xəbərinə görə, hadisə zamanı iki azyaşlı yanaraq ölüb.
7 yaşlı Məmmədov Kənan Xətai oğlu və 4 yaşlı Məmmədzadə Zeynəb Xətai qızı yanaraq vəfat ediblər.
25 yaşlı Rəfiqə Mirzəyeva, 30 yaşlı Xətai Məmmədov və 1965-ci il təvəllüdlü İmaməddin Xanağa oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Meyitlər daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.