AZ

Alimlər göbələklərin qripdən qoruya biləcəyini açıqlayıblar

Kanadalı tədqiqatçılar göbələklərin immunitet sistemini gücləndirməklə yanaşı, orqanizmi qripdən qoruya biləcəyini müəyyən ediblər.

Tədqiqat Nature Immunology jurnalında dərc olunub. Komanda göbələklərdə olan beta-qlükanların ağciyər iltihabını azaltmağa və yoluxmuş siçanlarda ağciyər funksiyasını yaxşılaşdırmağa kömək etdiyini müəyyən edib. Bu liflərin tətbiqindən sonra eksperimental heyvanlar daha az fəsadlar yaşayıb və onların sağ qalma şansları əhəmiyyətli dərəcədə artıb. Alimlər bildirirlər ki, indiyədək aparılan sınaqlar yalnız siçanlar üzərində aparılıb, lakin nəticələr göbələyin tənəffüs yolu xəstəlikləri ilə mübarizə potensialını ortaya qoyur.

Beta-qlükanlar immuniteti tənzimləyən xassələri ilə tanınır, lakin yeni araşdırmalar göstərir ki, onlar immun hüceyrələrini “yenidən proqramlaşdırmaqla” orqanizmə infeksiya ilə mübarizədə də kömək edə bilər. Beta-qlükan verilən siçanlarda infeksiyaya qarşı mübarizə aparan neytrofillərin sayı artıb, lakin onların davranışı sakitləşib. Bu yolla pnevmoniya kimi ciddi nəticələrə səbəb olan həddindən artıq iltihabın qarşısı alına bilər. Alimlər bu təsirin bir aya qədər davam etdiyini və uzunmüddətli qoruyucu mexanizmlərin hazırlana biləcəyinə ümid verdiyini söyləyirlər. Tədqiqat hələ ilkin mərhələdə olsa da, bu kəşfin təkcə qriplə deyil, həm də digər tənəffüs xəstəlikləri ilə mübarizə apara biləcəyi düşünülür.

//Gülnarə Abasova, Editor.az

Seçilən
63
4
editor.az

3Mənbələr