AZ

OpenAI gələn həftə yeni GPT-4.5-i buraxa bilər

 Süni intellekt ChatGPT chatbotunu inkişaf etdirən şirkət gələn həftə yeni GPT-4.5 yeniləməsini buraxa bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Microsoft-dakı mənbəyə istinadən "The Verge"nin köşə yazarı Tom Uorren məlumat verib.

Onun sözlərinə görə, OpenAI-nin əsas investoru, texnoloji nəhəng Microsoft, fevralın son həftəsində baş tutacağı ehtimal edilən GPT-4.5 yeniləməsini işə salmaq üçün öz serverlərini hazırlayır.
Həmçinin bildirilir ki, növbəti nəsil GPT-5 modeli 2025-ci ilin may ayının sonunda buraxıla bilər.

Seçilən
14
1
ucnoqta.az

2Mənbələr