AZ

İsrail sarsıldı: Ard-arda partlayışlar


İsrailin Təl-Əvivin cənubunda yerləşən Bat-Yam şəhərində üç avtobus bir-birinin ardınca partlayıb.

Ölkə.Az xəbər verir ki, bu barədə İsrail ordusuna məxsus radio məlumat yayıb.

Radionun verdiyi xəbərə görə, İsrail tərəfi   Bat-Yamda ardıcıl avtobus partlayışlarını bombalı hücum cəhdi nəticəsində olduğunu ehtimal edirlər.

Partlayışlardan sonra metronun hərəkəti dayandırılıb, lakin xəsarət alan və ya tələfat barədə məlumat verilməyib.

Polis sözçüsü partlayışlarla bağlı açıqlamasında deyib: "Bunun hücum olması şübhəsi artır, lakin insan itkisi yoxdur". 

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Mürtəza
Ölkə.Az

Seçilən
22
olke.az

1Mənbələr