AZ

FHN piyadalara müraciət etdi

Yolların buz bağlaması hallarında Fövqəladə Hallar Nazirliyi piyadalara tövsiyələr edib.   

Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.     

Tövsiyədə deyilir:   

 - ayaqqabını sürüşməyə qarşı hazırlayın

– ayaqqabının dabanına metal basma, quru altlığa isə yapışqan plastır, yaxud izolyasiya lenti yapışdırın. Altlığı qum və ya sumbata kağızı ilə sürtün;   

 - ehtiyatla, tələsmədən, ayaqqabını yerə bütövlükdə basaraq hərəkət edin. Bu zaman ayaqlar azca zəiflədilmiş, əllər boş olmalıdır; 

 - yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcı olan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur;   

 - sürüşsəniz zərbənin gücünü azaltmaq ücün oturun;   

- yıxılanda özünüzü toparlayın,qollarınızı büküb diyirlənərək zədə almaqdan qorunun;   

 - sürüşərək zədə almısınızsa, təcili tibbi yardıma müraciət edin.

Seçilən
4
41
news365.az

10Mənbələr