AZ

“Sevimli Dad” artıq "Azemal" şirkəti tərəfindən istehsal ediləcək

Azərbaycanın süd və süd məhsulları bazarında uzun illər lider mövqedə olmuş “Sevimli Dad” brendi yenidən istehlakçılarla görüşə gəlir.

Marja xəbər verir ki, yeni nəfəs və yenilənmiş istehsal prosesi ilə “Sevimli Dad” artıq "Azemal" MMC tərəfindən istehsal ediləcək.

Verilən məlumata görə, yeni təsis edilmiş "Azemal" MMC, "Azera Holdinq" tərkibinə daxildir və bu struktur çərçivəsində süd və süd məhsullarının istehsalı sahəsində innovativ yanaşmalar tətbiq edir. Müəssisə ən müasir avadanlıqlarla təchiz edilib və məhsulların keyfiyyətinə yeni nəsil xüsusi nəzarət texnologiyaları tətbiq olunur. “Sevimli Dad” brendi ənənəvi yüksək keyfiyyəti qoruyaraq, istehlakçılara təbii və sağlam məhsullar təqdim etməyə davam edəcək. 

Rəsmi əməkdaşlıq müqaviləsinə əsasən, Azemal MMC tərəfindən istehsal olunacaq “Sevimli Dad” brendinin distribütoru "Avrora Qrup" olacaq. Bu əməkdaşlıq sayəsində “Sevimli Dad” məhsulları ölkə daxilində daha geniş paylanacaq və istehlakçılara daha əlçatan olacaq.

Yenidən bazara qayıdan “Sevimli Dad”, keyfiyyət və dad ənənələrini qoruyaraq, müasir istehsal standartlarına uyğun məhsullar ilə bazarda liderliyə yiyələnməyə iddialıdır. 

Qeyd edək ki, "Azemal" MMC 2024-cü ilin May ayında dövlət qeydiyyatına alınıb. 9 min manat nizamnamə kapitalı olan Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ev.29, Hövsan Yolu 6-cı km, qanuni təmsilçisi Qasımzadə Vasif Elşad oğludur. 

azemal sevimlidad Qasımzadə Vasif azera
Seçilən
2
2
marja.az

3Mənbələr