AZ

İdarə rəisi: Ötən il dövlət qurumlarına informasiya təhlükəsizliyi ilə bağlı 857 bildiriş göndərmişik

İdarə
2024-cü ildə dövlət elektron-poçt xidməti üzrə 3 milyondan çox elektron-poçt emal edilib ki, bu emal olunan maillərin da 7 faizi zərərli təhlükəli olması ilə bloklanaraq son istifadəçilərin yoluxmqsının qarşısını alıb. 1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin İdarə rəisi Tural Məmmədov “Dövlət Qurumları IT Rəhbərlərinin V Zirvə Toplantısı”nda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2024-cü il üzrə dövlət informasiya ehtiyatlarında tapılan informasiya təhlükəsizliyi boşluqları, riskləri, çatışmazlıqlarının artımı texnoloji inkişafla paralel müşahidə edilir.

“2024-cü ildə dövlət qurumlarına baş verən sızma, informasiya təhlükəsizliyi və boşluqlar ilə bağlı 857 bildiriş göndərmişik. Eyni zamanda, hesabat ilində 298 informasiya təhlükəsizliyi auditi həyata keçirilib ki, bunların da 58-i elektron sənəd dövriyəsinin mərkəzləşdilmiş sistemə qoşulması və təhlükəsizliyin yoxlanılması ilə bağlı olub”, - deyə Tural Məmmədov vurğulayıb.

Seçilən
7
1
1news.az

2Mənbələr