AZ

Səhər saatlarından paytaxtda qardan təmizlik işləridavam edir - FOTO

Daha öncə məlumat verdiyimiz kimi, dünən gecədən intensiv yağan qarın təmizlənməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) və paytaxt rayonlarının kommunal strukturları  gücləndirilmiş iş rejimində çalışırlar.

Day.Az Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, gecə və səhər saatlarında xidmətlərin xüsusi təyinatlı texnikası tərəfindən maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpilib. Səhər tezdən kommunal xidmətlərin əməkdaşları, işlərə cəlb olunan əlavə işçi qüvvəsi tərəfindən  metro stansiyaları, avtobus dayanacaqları, piyada səkiləri, küçə boyunca ictimai-iaşə və digər obyektlərin, təhsil, səhiyyə və digər müəssisələrin qarşısının təmizlənməsi, buz bağlamış yerlərə duz səpilməsi və digər təmizlik işlərini həyata keçirilir. Bununla əlaqədar paytaxtın müxtəlif ərazilərdə texniki duz toplanan məntəqələr  yaradılıb.

Qeyd edək ki, ümumilikdə bu işlərə 100-ə yaxın xüsusi texnika və 2000-dəb çox işçi qüvvəsi cəlb edilib. Təmizlik işləri gün ərzində davam edəcəkdir.

İş prosesində çəkilən fotoları təqdim edirik.

  • Səhər
  • Səhər
  • Səhər
  • Səhər
  • Səhər
  • Səhər
  • Səhər
  • Səhər
  • Səhər
  • Səhər
  • Səhər
  • Səhər
  • Səhər
  • Səhər
  • Səhər
  • Səhər
Seçilən
25
33
day.az

10Mənbələr