Konstitusiya Məhkəməsinin sədri bildirib ki, Azərbaycanın qanunvericilik bazası bundan sonra daha da təkmilləşdirilməlidir.
"Azərbaycan Respublikasının qanunvericilik bazası bundan sonra daha da təkmilləşdirilməlidir".
Operativ Media xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev “Yüksəliş” müsabiqəsi tərəfindən keçirilən “Gələcəyə baxış: Yeni reallıqlar şəraitində suverenliyin möhkəmləndirilməsi” forumunda çıxışı zamanı deyib.
"Konstitusiyanın preambulasında suverenlik, müstəqillik, ərazi bütövlüyü və Azərbaycanın prioritetləri əks olunub. Orada keçmişə hörmət, gələcəyə ümid var. Konstitusiyanın 1/3 hissəsi insan hüquq və azadlıqlarının müdafiəsinə həsr olunub. Bizim qanunvericilik bazamız bundan sonra da daha dərin təkmilləşdirilməlidir”, - o bildirib.