Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Nəsimi rayonu, Hüseynbala Əliyev və Hüseyn Seyidzadə küçələrinin kəsişməsində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Məlumata görə, qəza səbəbindən 1 ədəd işıqfor yararsız vəziyyətə düşüb.
Qeyd olunub ki, digər qəza Ceyhun Hacıbəyli ilə A.Bakıxanov küçələrinin kəsişməsində qeydə alınıb:
“Bu qəzada isə işıqforun idarəetmə qutusu sıradan çıxıb”.
Həmin görüntüləri təqdim edirik: