Amerika Birləşmiş Ştatlarının Respublikaçı konqresmentləri ABŞ-nin BMT və onun nəzdində olan bütün təşkilatlara üzvlüyünün dayandırılmasını nəzərdə tutan qanun layihəsini müzakirəyə çıxarıb.
Bu haqda “Fox News” məlumat yayıb.
“Birləşmiş Millətlər Təşkilatı tiranlar üçün bir platformaya və ABŞ və onun müttəfiqlərinə hücumların məkanına çevrilib.
Biz bunun üçün onlara ödənişləri dayandırmalıyıq. Donald Trampın Amerika xarici siyasətində bir inqilab etdiyini və Amerikanı hər şeydən önə qoyduğunu nəzərə alaraq, biz bu saxta təşkilatdan çıxıb, ölkəmizin təhlükəsizliyini təmin edən gerçək alyansları prioritetləşdirməliyik”, - deyə senator Mayk Li bildirib.