AZ

Zəfərimizin 5 illiyi böyük tarixi hadisədir -Fərhad Abdullayev

Suverenlik ili təkcə rəmzi xarakter daşımır, həmçinin, Zəfərimizin 5 illiyi böyük tarixi hadisədir.

“İki sahil” xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev “Yüksəliş” müsabiqəsi tərəfindən keçirilən “Gələcəyə baxış: Yeni reallıqlar şəraitində suverenliyin möhkəmləndirilməsi” forumunda çıxışı zamanı deyib.

O bildirib ki, hər bir yubiley bizim keçmişimizi, bu günümüzü təcəssüm etdirir və gələcəyə baxışımızı, hansı istiqamətləri seçəcəyimizi müəyyən edir: “Ümummilli Liderin 1969-cu ildə Azərbaycam rəhbərliyinə gələndə gözəl anlayırdı ki, Azərbaycan SSRİ daxilində öz inkişafına görə sonuncu yerləri tuturdu. O bilirdi ki, Azərbaycanın inkişafı üçün zəmin yaratmaq lazımdır. SSRİ daxilində bunu etmək çox çətin idi. O zaman təhsilə, elmə, milli özünü dərketmə, azərbaycançılıq fəlsəfəsinə çox böyük yer ayrıldı. Hələ o zamanlar 5 ali təhsil ocağı açılmışdı. Müəllifi Ümummilli Lider Heydər Əliyev olan Konstitusiyanın yubileyini qeyd edirik. Tam suverenliyini əldə edən Azərbaycanın Konstitusiyası statusu bütün torpaqlarımıza şamil olunur”.

Fərhad Abdullayev qeyd edib ki, bu fakt hər birimiz üçün böyük bir məsuliyyətdir.

Seçilən
11
1
ikisahil.az

2Mənbələr