AZ

Türkiyə ilə danışıqların nəticə verəcəyinə ümid edirik

Rəsmi İrəvan Türkiyə ilə sərhədlərin açılması üzrə danışıqların nəticə verəcəyinə ümid edir.

Sabahinfo.az-ın "arminfo"ya istinadən xəbərinə görə, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

O əlavə edib ki, ölkəsi regionda sülh və sabitliyə sadiqliyini bir daha təsdiqləyir.

"Ümid edirik ki, Türkiyə ilə sərhədlərin açılması üzrə davam etməkdə olan danışıqlar nəticə verəcək", - Simonyan vurğulayıb.

Seçilən
98
8
sabahinfo.az

8Mənbələr