AZ

Hava şəraiti ilə əlaqədar avtobuslar gecikir - AYNA

12:14 21.02.2025
12:14 21.02.2025

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar avtobusların hərəkətində gecikmələr ola bilər.

Mynews.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, xəttə gündəlik saya uyğun avtobuslar buraxılıb:

“Şəxsi avtomobilləri ilə yola çıxan sürücüləri daha böyük ara məsafəsi saxlamağa, parklanma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq. Mənzil başına tez və təhlükəsiz çatmaq istəyən vətəndaşlarımıza ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edirik”, - məlumatda qeyd olunub.


Seçilən
13
43
mynews.az

10Mənbələr