Əsgəran qala-kompleksinin dizayn layihəsi “Mədəni və təbii irs”, “İnfrastruktur və xidmətlər”, “Əyləncə və istirahət”, “Marketinq və imkanlar” mövzusunda 4 istiqaməti əhatə edən konsepsiya üzrə hazırlanıb...
“Report”un bölgəyə ezam olunmuş əməkdaşının məlumatına görə, bu barədə jurnalistlərə həmin zonaya təşkil edilən mediatur zamanı bildirilib.
Qeyd olunub ki, layihəyə əsasən, qalanın konservasiyası, arxeoloji qazıntıların istehsalı və açıq səma altında tarixi parkın qurulması planlaşdırılır.
Qala ərazisində yenidən kreasiya xidmətlərinin təklif olunduğu yaşayış kompleksinin inşası, daxili yol şəbəkəsinin yaradılması (piyada və enerji) hazırlanması da nəzərdə tutulub.
Kompleks daxilində ilin dörd fəslində fəaliyyət göstərəcək festival və mədəniyyət müəssisələri, idman, istirahət və əyləncə, ticarət, ictimai iaşə və digər sahələr üzrə infrastrukturun qurulması planlaşdırılır.
Poliqon.info