Bakı, 21 fevral, AZƏRTAC
Bu ilin yanvar ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 158 min 260 nəfər olub.
Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, onların 33,3 faizini kişilər, 66,7 faizini isə qadınlar təşkil edib.