Gecə saatlarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun rəhbərliyi ilə təcili müşavirə keçirilib.
"Bakuinfo" xəbər verir ki, agentliyin rəhbər şəxslərinin iştirakı ilə keçirilən müşavirə qurumun “1 N-li Xüsusi Təyinatli Yol İdarəsi” MMC-də (Qış qarajı) baş tutub.
Qeydri-sabit hava şəraiti illə əlaqədar keçirilən müşavirədə Agentliyin Bakıda xidmət etdiyi küçə və prospektlərdə, o cümlədən respublikanın avtomobil yollarında qarın təmizlənməsi və buzlaşmanın qarşısını almaq istiqamətində atılan addımlar müzakirə olunub.


