AZ

Macarıstan: Yanacağın yüksək qiymətləri Aİ iqtisadiyyatını məhv edəcək

Macarıstanın baş naziri Viktor Orban Avropa iqtisadiyyatını yüksək enerji qiymətləri ilə məhv edə biləcəyindən qorxur.

 

Oxu24.com xəbər verir  ki, O, bu barədə Kossuth radiostansiyasının efirində bildirib.

 

Macarıstanın baş naziri xatırladıb ki, 2024-cü ildə Aİ ölkələri qaz və neftin qiymətinin aşağı salınması üçün tədbirləri nəzərdə tutan bəyannamə qəbul ediblər.

 

“Lakin mən qorxuram ki, bizim böyük birgə vədimiz yerinə yetirilməyəcək və bizdə enerji qiymətləri yüksək olmağa davam edəcək. Avropada enerji qiymətləri artır və bu, iqtisadiyyatı dağıdacaq”, - Orban bildirib.

 

Onun fikrincə, Ukrayna münaqişəsinin mümkün həlli vəziyyəti yaxşılaşdıra bilər, lakin Orban Avropa İttifaqının hazırkı liderlərinin Macarıstanın iqtisadi vəziyyətinə müsbət təsir edəcək idarəetmə qərarları qəbul edə biləcəyinə inanmır.

 

Fevralın 12-də Orban bildirib ki, Aİ öz vətəndaşlarının maraqlarına xidmət etməyən siyasət yürüdür, o cümlədən Ukraynadakı münaqişə ilə bağlı. Onun sözlərinə görə, Avropada insanların əksəriyyəti sülh istəyir və Avropa İttifaqının rəhbərliyi “Rusiyaya qarşı müharibədə” qalib gəlmək istəyir.

 

Nigar

 

Seçilən
9
2
oxu24.com

3Mənbələr