AZ

Azərbaycanın işgüzar turizm imkanları BƏƏ-də tanıdılıb

Bakı, 21 fevral, AZƏRTAC

Azərbaycan Turizm Bürosu və Bakı Konqres Mərkəzi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən 13-cü “MALT” Konqresində (Meetings Arabia & Luxury Travel) təmsil olunub.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, Yaxın Şərq regionunun işgüzar tədbirlər və lüks səyahət sahəsi üzrə aparıcı mütəxəssisləri sənayenin inkişaf edən trendlərini müzakirə etmək, strateji əlaqələr qurmaq və əməkdaşlıq imkanlarını qiymətləndirmək məqsədilə bir araya gəliblər. Konqres çərçivəsində Yaxın Şərqin turizm sənayesi nümayəndələri ilə 20-dən çox B2B formatlı görüş keçirilib, Azərbaycanın işgüzar turizm imkanları, lüks hotelləri və ümumilikdə regional biznes tədbirləri üçün imkanları haqqında məlumat verilib.

Tədbirdə müxtəlif ölkələrdən 250-dən çox nümayəndə qatılıb.

Seçilən
3
8
azertag.az

9Mənbələr