Cari ilin yanvar ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 13 faiz (61 mln. manat) çox olmaqla 545 mln. manat vəsait yönəldilib.
2025-ci ilin əvvəlindən bütün növ pensiyalar 8,1 faiz indeksləşdirilərək artırılıb və yanvar ayı üzrə artımlar fevral ayının pensiyasına əlavə olunaraq ödənilir.
İndeksləşdirmə əsasında artımdan sonra orta aylıq pensiya 9 faiz artaraq 537 manata, o cümlədən yaşa görə orta aylıq pensiya 573 manata çatıb.
Ötən ay 5 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 142 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
