Agentliyin nizamnamə fondunun məbləği 2 636 206 (iki milyon altı yüz otuz altı min iki yüz altı) manatdır.
Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsinin vəsaiti, Agentliyin öz fəaliyyətindən, o cümlədən göstərdiyi xidmətlərdən əldə olunan vəsait, beynəlxalq təcrübəyə əsasən aviadaşıyıcılar tərəfindən hava limanlarına və aeronaviqasiya xidmətlərinə görə ödənilən məbləğdən nəzarət funksiyaları ilə bağlı yığımlar, ianələr, qrantlar, cəlb edilən investisiyalar və qanunla qadağan edilməyən digər vəsait hesabına formalaşır.
Agentlik öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Agentlik balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini "Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.
Agentlik qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Agentliyin, onun idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.
Agentliyin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Nazirliyin qərarı ilə dövlət büdcəsinə köçürülür.
5Mənbələr
-
sfera.azDövlət Mülki Aviasiya Agentliyinin nizamnamə fondunun məbləği məlum oldu ( 15619179)
-
demokrat.azDövlət Mülki Aviasiya Agentliyinin nizamnamə fondunun məbləği məlum oldu ( 15618965)
-
day.azDövlət Mülki Aviasiya Agentliyinin nizamnamə fondunun məbləği məlum oldu ( 15618953)
-
milli.azDövlət Mülki Aviasiya Agentliyinin nizamnamə fondunun məbləği məlum oldu ( 15618535)
-
az.trend.azDövlət Mülki Aviasiya Agentliyinin nizamnamə fondunun məbləği məlum oldu ( 15618405)