AZ

Mask hamını təəccübləndirdi: Səhnəyə...

ABŞ-də Hökumətin Səmərəliliyinin Artırılması İdarəsinə (DOGE) rəhbərlik edən və Ağ Ev tərəfindən ABŞ Prezidenti Donald Trampın ən nüfuzlu məsləhətçilərindən biri kimi təsvir edilən İlon Mask Vaşinqton yaxınlığında keçirilən Mühafizəkar Siyasi Fəaliyyət Konfransının (CPAC) 2025 illik toplantısında "qızıl mişar"la səhnəyə çıxıb.

"Cebheinfo.az" xəbər verir ki, Argentinanın ifrat sağçı Prezidenti Xavyer Mileinin ona hədiyyə etdiyi qızılla örtülmüş mişarı səhnəyə gətirən Mask, "Bu mişar bürokratiya üçündür!" deyib.

Mask tədbirdəki çıxışında federal hökumətdəki pozuntuları və lazımsız xərcləri azaltmaq üçün mübarizə apardıqlarını müdafiə edib.

“Tesla” və “SpaceX” şirkətlərinin sahibi olan Mask, Tramp administrasiyası ilə birlikdə dövlət büdcəsində lazımsız xərclərin qarşısını aldığını iddia edib.

ABŞ hökumətinin bəzi media qurumlarına sorğu-sualsız ödənişlər etdiyini iddia edən Mask, “İnsanlar artıq “X”-dən istifadə edir, çünki biz bu pulları kəsdik. "X” qiymətsizdir" deyib.

Seçilən
27
3
cebheinfo.az

4Mənbələr