Çətin relyef şəraitindən istifadə edərək qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik vasitənin Bakı şəhərində realizə olunmasının qarşısı polis əməkdaşları tərəfindən alınıb.
Viral.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, qeyd edilən əməli törədən şəxslər – Zülfüqar Süleymanov və Məhəmməd Nağıyev Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb. Onlardan 10 kiloqram marixuana aşkarlanıb. Araşdırmalarla onların narkotik vasitəni şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdikləri və maddi qazanc qarşılığında Bakı şəhərində deyiləcək ünvanlara çatdırmağa razılaşdıqları müəyyən edilib.
Son Yazılar:
- Lerikdə polis tərəfindən 10 kiloqram narkotik AŞKARLANDI
- Evdən çıxmasanız, yaxşıdır! – Hava daha da PİSLƏŞƏCƏK
- Azərbaycanda yeni dövlət qurumu yaradıldı
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.