AZ

Akrobatlar ən güclüləri martda müəyyənləşdirəcəklər

Azərbaycan Gimnastika Federasiyası növbəti ölkədaxili yarışın keçiriləcəyi ilə bağlı məlumat verib.

İdman.biz xəbər verir ki, martın 10-11-də Milli Gimnastika Arenasında akrobatika üzrə 30-cu Bakı çempionatı, həmçinin ölkə çempionatı təşkil ediləcək.

Yarışda müxtəlif yaş kateqoriyalarında idmançılar - uşaqlar, yeniyetmələr, gənclər və böyüklər iştirak edəcəklər.

İdman.biz

Seçilən
9
idman.biz

1Mənbələr