AZ

Xankəndi tikiş fabrikində 300 nəfər işlə təmin olunub

Jurnalistlər Xankəndi tikiş fabrikində olublar.

Xankəndi şəhərinə bu gün təşkil olunan media-tur çərçivəsində jurnalistlər Xankəndi tikiş fabrikində olublar.

Operativ Media xəbər verir ki, media nümayəndələrinə istehsal müəssisəsi haqqında məlumat verilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında bərpa və idarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı bildirib ki, ərazisi 1,2 hektar olan fabrikin inşası Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkə prezidentlərinin tapşırıqlarına əsasən həyata keçirilib. Layihənin ümumi investisiya dəyəri 11 milyon manat təşkil edir. İndiyədək 5,5 milyon manat investisiya qoyulub. Fabrikin xammal tədarükü üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir. Həmçinin fabrik tam gücü ilə işlədikdən sonra yerli pambıq xammalı əsasında parça toxunması üçün istehsal sahəsinin yaradılması nəzərdə tutulur.

Ümumilikdə burada 800 iş yeri yaradılacaq. Layihənin ilkin mərhələsi üzrə peşəkar təlim almış 300 nəfər hazırda işlə təmin olunub. Müəssisədə əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşların məşğulluğuna xüsusi diqqət yetirilib.

Seçilən
2
45
operativmedia.az

10Mənbələr