AZ

FHN hava ilə bağlı yenidən əhaliyə çağırış etdi

Bakı. Trend:

Hazırda ölkə ərazisində müşahidə edilən kəskin hava şəraiti iləəlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciətedib.

Trend xəbərverir ki, hazırda ölkə ərazisində müşahidə edilən kəskin vəyağıntılı hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyiəhaliyə təkrar müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarınaciddi əməl etməyə çağırıb.

"Soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcıcihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan,elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz,qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrikqızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğın və yapartlayışla nəticələnə, həmçinin dəm qazı təhlükəsi yaradabilər.

Odur ki, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmışqızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsihəddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcıcihazlar nəzarətsiz qoyulmamalı, qızdırıcı cihazların bilavasitəyaxınlığında yanar materiallar və asan alışan mayelərsaxlanılmamalı, cihazlardan zavod istehsalçılarının təlimatlarına(tövsiyələrinə) uyğun istifadə edilməlidir.

Eyni zamanda, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə dədağlara səfər edən insanlara rəsmi qurumların hava şəraiti iləbağlı proqnozlarına diqqət yetirməyi, şaxtalı və çovğunlu havadamümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurətyarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədənməlumatlandırmağı, hərəkət avtomobillə olduqda avtomobilin texnikigöstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaqehtiyatını təmin etməyi, nabələd məkanlara yaxınlaşmamağı və beləbir hərəkət marşrutu seçməməyi, olduqları yerlərdə xəbərdaredici vəqadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunuehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzməyi,günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönməyitövsiyə edirik.

Bundan başqa, güclü külək zamanı yüngül konstruksiyalı vəmüvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq,elektrik dirəyi və naqillərinin, hündür ağacların altındadayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verənyanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərəalaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarınaxüsusilə ciddi riayət edilməlidir.

Bununla yanaşı, yolların buz bağlaması hallarında piyadalarayaqqabını sürüşməyə qarşı hazırlamalı, ehtiyatla, tələsmədən,ayaqqabını yerə bütövlükdə basaraq hərəkət etməlidirlər. Buzluyolda sürüşsəniz, zərbənin gücünü azaltmaq üçün oturun,yıxıldığınız halda isə qollarınızı büküb diyirlənərək zədə almaqdanqorunun. Yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcıolan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur", - müraciətdədeyilir.

Seçilən
78
32
az.trend.az

10Mənbələr