AZ

Fuad Muradov Düsseldorfda Azərbaycan icması ilə görüşdü - Fotolar

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Almaniyanın Düsseldorf və ətraf şəhərlərindəki Azərbaycan icması ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, Komitə sədri soydaşlarımıza diaspor işinə verdikləri töhfələrə görə təşəkkür edib.

O, komitənin və diasporun həyata keçirdiyi uzunmüddətli layihələr, xaricdəki Azərbaycan Evləri, Koordinasiya Şuraları, həftəsonu məktəbləri, soydaşlarımız arasında uğurla gedən icmalaşma prosesi və diaspor fəaliyyətinin digər vacib istiqamətləri barədə danışıb.

Ümummilli Liderin əsasını qoyduğu diaspor siyasətinin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf etdirilərək yeni səviyyəyə yüksəldildiyi, məzmunca dərinləşdiyi, xaricdə yaşayan hər bir azərbaycanlının dövlətimizin diqqətində olduğu nəzərə çatdırılıb.

Mədəniyyətimizin dünyada tanıdılmasında Birinci vitse-prezident Mehriban Əliyevanın xidmətlərinin  danılmaz olduğu və xaricdəki soydaşlarımızın bu xidmətləri yüksək qiymətləndirdiyi vurğulanıb.

Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin üzvü̈, “Muğam” Alman-Azərbaycan Musiqi Birliyinin rəhbəri, pianoçu Səbinə Məmmədova çıxışında dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi istiqamətində aparılan işlərdən danışıb, diaspora göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə minnətdarlıq ifadə edib.

Görüşdə soydaşlarımızın sualları cavablandırılıb, icma fəaliyyətinin inkişafına müasir konseptual yanaşma ilə bağlı təkliflər səsləndirilib, perspektivlər geniş müzakirə olunub. Tədbir bədii hissə ilə davam edib. 

Qeyd edək ki, icma görüşünə Almaniyanın 25-dən çox şəhərindən 200-dən artıq soydaşımız qatılıb.      

Son illər Diasporla İş üzrə Dövlət Komitəsi müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla sistemli şəkildə görüşlər təşkil edir, soydaşlarımızın təklif və problemləri dinlənilir, vahid diaspor şəbəkəsinin yaradılması istiqamətində aparılan işlər təhlil olunur.







Seçilən
7
9
qafqazinfo.az

10Mənbələr