AZ

"Gəncə"dən ayrılan ukraynalı Azərbaycanın digər komandasına keçdi

"Gəncə"dən ayrılan basketbolçu Vladislav Frolov karyerasını Azərbaycanın başqa klubunda davam etdirəcək.

Fanat.Az xəbər verir ki, o, "Lənkəran"a keçib. 

Cənub təmsilçisi ilə anlaşan ukraynalı oyunçu yeni komandasında ilk məşqə də çıxıb.

Qeyd edək ki, Vladislav Frolov daha əvvəl "Neftçi"nin də formasını geyinib.

Seçilən
15
fanat.az

1Mənbələr