Azərbaycanın idman gimnastı Nikita Simonov Almaniyanın Kotbus şəhərində keçirilən Dünya Kubokunda finala vəsiqə qazanıb.
Rekord.az xəbər verir ki, o, halqalarla hərəkətlərdə buna nail olub.
Simonovdan başqa, yarışa İvan Tixonov, Rəsul Əhmədzadə, Murad Ağarzayev, Nazənin Teymurova və Dəniz Əliyeva qatılıblar.
Qeyd edək ki, Dünya Kuboku fevralın 23-də başa çatacaq.