ABŞ prezidenti Donald Tramp məşhur “Resolute” masasını iş adamı İlon Maskın oğlundan gələn iyrəncliyə görə təmirə göndərib. Bu barədə “New York Post” (NYP) məlumat yayıb.
Məlum olub ki, ötən həftə Maskın dörd yaşlı oğlu İks (X) burnunun mucusunu (selik) götürüb masanın üzərinə sildikdən sonra mebel ABŞ liderinin ofisindən çıxarılıb. Bütün bunlar televiziyada canlı yayımlanıb.
Ağ Ev ictimaiyyəti əmin etdi ki, masa müvəqqəti olaraq dəyişdirilib. Məlumdur ki, “Resolute” masası ilk dəfə 1961-ci ildə prezident Con Kennedi tərəfindən istifadə edilib. İş masası Cimmi Karter, Bill Klinton, Barak Obama və Co Baydenin vəzifədə olduğu dövrdə Oval kabineti bəzəyirdi.
Almaz Həsənli